Tompson Rivers Universiteti

Tompson Rivers Universiteti
Xəritə
50°40′14″ şm. e. 120°21′57″ q. u.
Əsası qoyulub 1970
Ölkə
Sayt tru.ca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tompson Rivers Universiteti (TRU) — bakalavrmagistr təhsili və peşəkar təlimlər təklif edən ictimai tədris və tədqiqat universiteti. Universitetin əsas binası Kamlupsda, Kanada Britaniya Kolumbiyasında yerləşir.

Universitetin adı Şimali Tompson və Cənubi Tompson çaylarının adından əmələ gəlir.[1]

Tompson Rivers Universitetinin Britaniya Kolumbiyası, Vilyams Leyk şəhərində əlavə binası və TRU-Open Learning adlı distant təhsil bölməsi var. Universitet həmçinin TRU Vorld bölməsi vasitəsilə bir neçə Beynəlxalq tərəfdaşlığa malikdir. TRU Şimal-Qərb kolleclər və Universitetlər Komissiyası assosiasiyası tərəfindən bakalavr və magistr səviyyələrinə akkreditə edilmişdir.[2]

TRU 1OO-dən çox kampusdaxili proqramları, o cümlədən peşə hazırlığı, peşəkar sertifikatlar və diplomlar, bakalavr və magistr dərəcələri və hüquq, həmçinin Açıq öyrənmə bölməsi vasitəsilə təxminən 60 onlayn və ya distant proqramları təklif edir.

Vankuver və Viktoriya şəhərlərində universitetin 3 filialı var.[3][4]

  1. "Arxivlənmiş surət". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  2. "NWCCU Accreditation: Office of the Provost & Vice-President Academic". 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  3. John D. Dennison, Professor Emeritus of Higher Education, The University of British Columbia. "Higher Education in British Columbia: 1945-1995, Opportunity and Diversity". June 1996. April 14, 2012 tarixində arxivləşdirilib.
  4. Macdonald, John B. "Higher Education in British Columbia and a Plan for the Future" (PDF). University of British Columbia. 1962. January 4, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: April 15, 2019.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy